Taliban lideri Beytullla Məsudun evi bombalanıb

Pakistanda talibançıların lideri Betulla Məsudun evi raketlə vurulub.

Nəticədə iki nəfər ölüb, 4 uşaqsa yaralanıb.

Məlumatlara görə ölənlərdən biri Beytulla Məsudun həyat yoldaşıdı.

Bu barədə Pakistan hakim dairələri xəbər verir.

Təxminlərə görə zərbəni Amerikanın pilotsuz təyyarəsi endirib.

Amma Beytulla Məsudun özü həmin vaxt evdə olmayıb.

Birləşmiş Ştatlar onun başına 5 milyon dollar qoyub.