Avropa Birliyi Mahmud Əhmədinejadı təbrik etməyəcək

Avropa Birliyi Mahmud Əhmədinejadı president seçilməsi münasibətilə təbrik etməyəcək.

Bu haqda Birliyin sözçüsü Amadeu Alfatay jurnalistlərə bildirib.

Avropa Birliyinə prezidentlik edən İsveçin xarici işlər naziri Karl Bildt də öz bloqunda yazmışdı ki, onun ölkəsi Əhmədinejadı birliyin adından təbrik etmək fikrində deyil.

İranda iyunun 12-də keçirilən prezident seçkilərindən sonra səsvermə nəticələrinə etiraz edən müxalifətlə polis arasında toqquşma olub, 20-dən çox adam ölüb.