Yaponiya dünyanı nüvə silahının ləğvinə çağırır

Yaponiya Xerosimaya atom bombası atılmasından 64 il keçməsi ilə bağlı dünya ictimaiyyətini nüvə silahını tamamilə ləğv etməyə çağırıb.

Avqustun 6-da Xerosimada keçirilən anım mərasimində 50 min adam, o cümlədən 64 il qabaqkı faciədən sağ çıxmış şəhər sakinləri iştirak ediblər.

Şəhər meri Tadatoşi Akiba Amerika prezidenti Barak Obamanı bir müddət qabaq söylədiyi fikirlərə görə tərifləyib. Obama Qahirədə çıxış edərkən demişdi ki, “atom silahından istifadə etmiş yeganə ölkə kimi Amerikanın üzərində nüvə silahının tamamilə ləğvi istiqamətində işləməklə bağlı mənəvi məsuliyyət var”.

1945-ci il avqustun 6-da Amerika təyyarəsi Xerosimaya atom bombası atıb. 140 min adam həlak olub. 3 gün sonra isə daha bir bomba Naqasakiyə atılıb.