Çində korrupsiya ittihamıyla edam

Pekin Beynəlxalq Aeroportunu işlədən şirkətin keçmiş başçısı korrupsiyada təqsir bilinərək edam olunub. Çin dövlət mediasına görə, 60 yaşlı Li Peyinq fevralda təqsirli bilinib. İttihama görə, o, 4 milyon dollarlıq rüşvət alıb, 14 il ərzində 12 milyon dollarlıq ictimai vəsaiti mənimsəyib.

Ali Məhkəmə hökmü qüvvədə saxlayandan sonra o, edam olunub.

Son 30 ildə Çin iqtisadiyyatının sıçrayışı kütləvi korrupsiyanı ciddi problemə çevirib.