İran müxalifətinin liderləri məhkəməyə verilməlidi

İran İnqilab Qvardiyasının liderlərindən biri Yadulla Cavani prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifət liderlərini məhkəməyə verməyə çağırıb.

O İnqilab Qvardiyasının yaydığı jurnalda gedən məqalədə prezidentliyə keçmiş namizədlər Mirhüseyin Musəvi, Mehdi Karrubi və keçmiş prezident

Məhəmməd Xatəmini mövcud dövlət quruluşunu devirməyə çəhddə itiham edib.

Cavani həmçinin İranda fəaliyyət göstərən xarici kütləvi informasiya vasitələrinə nəzarəti gücləndirməyə çağırıb.