Bu gün Səbail rayon məhkəməsində gənc fəallar – Emin Milliylə Adnan Hacızadənin Bakı şəhər Baş Polis İdarəsi, Bakı şəhər prokurorluğu, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa qarşı iddia ərizəsinə baxılacaq.
İddia hüquq-mühafizə qurumlarının gənclərin təqsirsizlik pezumpsiyasının pozulmasıyla bağlı verilib.
Daxili İşlər Nazirliyi və prokurorluğun iki bəyanatında Emin Milliylə Adnan Hacızadənin təqsirindən danışılırdı. Bəyanatlarda deyilirdi ki, gənclər xuliqanlıq ediblər və iki nəfəri döyüblər. Buna görə onların saxlanılması qanunidir. Gənc fəalların vəkilləri isə deyirlər ki, onları məhkəmə qərarından əvvəl təqsirli kimi qələmə vermək qanuna ziddir.
Emin Milli və Adnan Hacızadə iyulun 8-də "Livan" kafesində baş verən münaqişədən sonra həbs olunublar.
Səbail rayon məhkəməsi iyulun 10-da gəncləri 2 ay müddətinə həbs edib.
Gənclərin həbsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən pislənilib.