Rusiya və NATO arasında danışıqlar aparılacaq

Avqustun 11-də Rusiyanın NATO-dakı səfiri Dmitri Roqozin alyansın yeni rəhbəri Anders Foqh Rasmussen ilə görüşəcək. Görüşdə Rusiya-NATO Şurasında islahatlar aparılması müzakirə olunacaq.

D. Roqozin deyib ki, görüşdə həmçinin Cənubi Osetiya ətrafındakı problemi də müzakirə etməyə ümid edir.

Danimarkanın sabiq baş naziri olan Anders Foqh Rasmussen avqustun 1-dən NATO Baş katibi vəzifəsinin icrasına başlayıb. O, bu vəzifədə holland Yap de hup Sxefferi əvəzləyir.