Pərviz Əzimovun məhkəməsi yenə təxirə salındı

«Dalğa» Gənclər Təşkilatının cənub ofisinin rəhbəri Pərviz Əzimovun məhkəməsi yenə təxirə salınıb. Avqustun 11-də hakim Cavanşir Məmmədlinin sədrliyi ilə Lənkəran şəhər Məhkəməsində keçirilən prosesdə tərəflər ifadə veriblər. Şahidlər isə avqustun 19-da dindiriləcəklər.

Pərviz Əzimov Lənkəran Dövlət Universitetini bitirməsinə 3 ay qalmış ali məktəbdən qovulub. Universitet rəhbərliyi onu nizam-intizam qaydalarını pozduğu üçün ali məktəbdən qovduğunu bildirir. Pərviz Əzimov isə iddia edir ki, qovulmağına səbəb universitetdə rüşvətxorluq halları barədə mətbuatda yazılar çap etdirməsidir.

Bundan əvvəlki proseslərdə hakim tərəflərə barışıq təklif etmişdi.