Beynəlxalq Gənclər günüdür

Avqustun 12-si Beynəlxalq Gənclər günüdür. Bu günü BMT təsis edib və bu ilki Beynəlxalq Gənclər Günü «avamlılıq bizim vəzifəmiz və gələcəyimizdir» mövzusundadır.

BMT baş katibinin müraciətində deyilir ki, 2007-ci ildə dünyanın əmək qabiliyyətli əhalisinin 25 % təşkil edən gənclərin 40% işsizlikdən əziyyət çəkirdi. Qlobal iqtisadi tənəzzül nəticəsində yaxın gələcəkdə işsizliyin daha da artacağı gözlənilir.

Azərbaycan əhalisinin 66 faizini gənclər təşkil edir. Azərbaycandan 170 gənclər təşkilatı qeydiyyatdadır.