Qax rayonunda «Yəhova Şahidləri» dini təriqətinin altı üzvü saxlanılıb. Bu haqda AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslər rayon ərazisində qanunsuz təbliğat apardıqlarına görə saxlanılıblar:
«Təriqət üzvləri qanunsuz təbliğata görə saxlanılıb, xəbərdarlıq edildikdən sonra buraxılıblar».
Saxlanılan şəxslərdən adıçəkilən təriqəti təbliğ edən 60 ədəd broşur, 7 ədəd başqa dini kitab götürülüb.