Prezident Qvardiyasının əməkdaşları soyğunçuluqda ittiham olunur

İraqda prezident qvardiyasının beş əməkdaşı Bağdadda bankın soyulmasında iştirak etmək ittihamı ilə ilə bu ayın sonunda məhkəmə qarşısına çıxarılacaq.

İyulun 28-də baş verən hadisədə soyğunçular bankın səkkiz gözətçisini öldürüb, oradan 6.9 milyon İraq dinarı aparmışdılar.