Ağstafaçayın sağ sahilində sahilbərkitmə işləri aparılır

Həmin ərazi Qazax rayonunun «Su-15» adlı qəsəbəsinə düşür. Qazax rayon İcra Hakimiyyətindən verilən məlumata görə, işləri «Azərsu» ASC-i həyata keçirir.

Ümumilikdə Ağstafaçayın qəsəbə ərasindən keçən hissəsində 790 metr uzunluğunda bənd tikilməsi nəzərdə tutulub. Bənd tikintisindən sonra ərazidə daşqın təhlkəsinin azalacağı bildirilir.