İsrail ordusu dəfələrlə beynəlxalq normaları pozub

İsrail ordusu ötən ilin sonu və bu ilin əvvəllərində Qəzzə bölməsinə soxularkən beynəlxalq hüquq normalarını dəfələrlə pozub.

BMT-nin insan haqları üzrə idarəsinin bəyanatında belə deyilir.

Bəyanatda qeyd olunur ki, İsrail ordusunun Qəzzədə apardığı hərbi əməliyyatlardan sonra Fələstin ərazilərində onsuz da ağır olan vəziyyət daha da pisləşib.