Hüsnü Mübarək ABŞ-da səfərdədir

ABŞ-da rəsmi səfərdə olan Misir prezidenti Hüsni Mübarək bu gün Birləşmiş Ştatların yüksək vəzifəli şəxsləri, o cümlədən dövlət katibi Hillari Klinton, milli təhlükəsizlik müşaviri Ceyms Cons ilə görüşəcək.

Mübarəkin prezident Obama ilə görüşü isə sabaha planlaşdırılır. Bu, son bir neçə ay ərzində onların 3-cü görüşü olacaq.

Obama bildirib ki, Yaxın Şərq sülh prosesini canlandırmağı öz administrasiyasının ən əsas prioritetinə çevirəcək.