Pakistanda partlayış olub, azı 6 nəfər ölüb

Bu gün Pakistanın şimal-şərqində yerləşən Pişəvər şəhərində partlayış olub.
Yük maşınına quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində azı 6 nəfər ölüb. Partlayışa görə məsuliyyəti heç kim üstünə götürməyib.

Pişəvər talibançıların nəzarətində olan ərazinin qonşuluğunda yerləşir.