Nazrandakı partlayışda ölənlərin sayı 20-ə çatdı

Rusiyada – İnquşetiyanın paytaxtı Nazranda baş verən partlayışda ölənlərin sayı 20-ə çatıb. Yaralıların sayı isə 60-dan çoxdur. Onların arasında uşaqlar da var.

Bu səhər intiharçının idarə etdiyi “Qazel” markalı maşın yerli polis idarəsinin həyətinə girib. Bundan sonra partlayış olub.