Almaniya polisi Çin restoranlarını yoxlayır

Almaniya polisi ölkə boyu 180 Çin restoranında yoxlama aparıb. Polis restoranlarda qanunsuz işçiləri axtarıb.

Rəsmilər hələlik axtarışın nəticələri barədə məlumat vermirlər. Amma qeyri-rəsmi məlumatlara görə bir dəstə adam son bir ildə 1000 nəfərdən çox çinlini restoranlarda aşbaz işləmək üçün qanunsuz yollarla Almaniyaya aparıb.