Talibandan yeni hədə-qorxu

Taliban yenidən Əfqanıstan hökumətini prezident seçkilərini pozmaqla hədələyib. Talibanın mətbuata ünvanlanmış bəyanatında deyilir ki, «bütün mücahidlər «düşmənə» qarşı planlarını həyata keçirməlidirlər».

Bir qədər əvvəl NATO bəyan edib ki, avqustun 20-də yaraqlılara hücum əməliyyatlarını dayandıracaqlar. Yalnəız dinc sakinləri müdafiə məqsədilə tədbirlər görüləcək.

Əfqanıstan prezidenti Həmid Kərzai isə seçki günü insanları barışığa çağırıb.

Avqustun 20-də Əfqanıstanda prezidenti və əyalət şurasına deputat seçkiləri keçiriləcək.