«Təhlükəsizlik xəttini keçməməyiniz xahiş olunur. Uşaqlara diqqət edin, uzağa getməyə qoymayın...»
Xilasedici işləyən Valid Məmmədov deyir ki, bu elanı gündə 10-15 dəfə təkrar edir. Ancaq sözə qulaq asmayanlar öz işindədir:
«Gedirlər uzağa, bir də görürsən ki, artıq həyatı təhlükədədir, batır».
Valid deyir ki, gündə də olmasa, iki-üç gündən bir həyatı təhlükədə olan azı üç-dörd adamı xilas edir.
DƏNİZDƏ BATANLARIN ÇOXU GƏNCLƏRDİR
Mövsüm başlanandan bu günə qədər Bakı çimərliklərində 39 adam batıb. Bakı Şəhər Təcili Yardım Stansiyasının operativ işlər üzrə rəis müavini Rauf Nağıyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, onlardan 18 nəfəri ölüb, qalanlarınsa həyatını xilas etmək olub. Təhlükəli çimərlik sırasında isə Pirşağı çimərliyi öndədir:
«Pirşağı çimərliyi çox təhlükəlidir. 18 hadisə bu çimərlikdə qeydə alınıb. Sonra gəlir Mərdəkan, Novxanı, Şıx çimərlikləri. Rəqəmlərə baxsaq, görərik ki, batanların çoxu gənclərdir. 10 hadisə uşaqlarla bağlı olub. Onlardan altısı ölümlə nəticələnib. Batanların əksəriyyəti cavanlardır».
«ADAMLAR ELƏ ETMƏLİDİRLƏR Kİ, XİLASEDİCİYƏ EHTİYAC YARANMASIN»
Xilasedici işləyən Valid Məmmədov deyir ki, batanların çoxu küləkli havada dənizə baş vuranlar, üzə bilməyənlər və sərxoşlar olur. Bakıdakı 9 dövlət çimərliyində təcili yardım stansiyaları səhər saat 9-dan axşam 8-ə qədər fəaliyyət göstərir. Xilasedicilər isə daha uzun müddət dənizdə çimənlərə nəzarət edirlər.
Bakı çimərliklərində xilasedicilərin sayı 300 nəfərdən çoxdur. Dövlət Sularda Xilasetmə Xidmətinin məlumatına görə, çimərliklərdə təhlükəsizliyin təminatı üçün müasir avadanlıqları olan 64 xilasetmə məntəqəsi yaradılıb. Həmin məntəqələrdə dalğıclar, xilasedicilər və həkimlər fəaliyyət göstərir. Xilasetmə məntəqələri xilasetmə katerləri, rezin qayıqlar, xilasetmə gödəkçələri, meqafon, akvalanq və başqa xilasetmə avadanlıqları ilə təchiz edilib.
Həkim Rauf Nağıyev deyir ki, xilasedicilər öz yerində, ən əsası adamlar öz həyatlarını təhlükədə qoymamalıdırlar. Həkim deyir ki, dənizdə batmanın əsas səbəbi isə ehtiyatsızlıqdır:
«Xüsusilə küləkli havalarda dənizdə çimmək qəti qadağandır. Adam fikirləşir ki, sahildəyəm, mənə heç nə olmaz. Ancaq su adamı çəkir aparır. Avqustun 8-də, o küləkli gündə dənizdə 8 adam boğulurdu. Onlardan 7 nəfəri xilas edə bildik, bir nəfərsə öldü. Həm də biri batanda onu xilas etmək istəyən də bata bilər. Suda xilasetmə qaydalarını bilməyən batan adama yaxın getməməlidir. Çünki o da batacaq».
BU İL DƏNİZDƏ BATANLARIN SAYI ÇOXDUR
Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə Mütəxəssislər Assosiasiyasının rəhbəri Həbib Ocaqovsa deyir ki, xilas olmanın başlıca şərti maarifləndirmədir. Onun fikrincə, dəniz sahilində suda batmanın təhlükəsini əks etdirən bilbordlar olsa, dənizə gələnlərlə, xüsusilə uşaqlarla bu mövzuda söhbətlər aparılsa, bu, suda batma təhlükəsinin sayının azalmasına müsbət təsir göstərə bilər.
Keçən il sularda 60 nəfər batıb. Mütəxəssislər deyirlər ki, bu ilki dəniz mövsümü hələ başa çatmadığından indiki rəqəmlər çoxdur.