Separatçı bölgənin rəsmisi istefa verib

Gürcüstanın separatçı bölgəsi Abxaziya Təhlükəsizlik Şurasının katibi Stanislav Lakoba istefa verib.

Lakoba deyir ki, istefanın səbəblərindən biri Abxaziya vətəndaşlığı haqqında qanuna düzəlişin qəbuludu.

Sənəddə əsasən etnik gürcülərin yaşadığı Qali sakinləri Abxaziya vətəndaşları hesab olunur.

Buna qarşı çıxan müxalifət isə deyir ki, ordakı yerli sakinlər Gürcüstan vətəndaşlığndan imtina etmək fikrində deyillər.

Bu barədə Rusiyanın informasiya agentlikləri xəbər verir