Pakistanın Taliban liderinin öldüyü təsdiqlənib

Talibanın həbs olunmuş keçmiş sözçüsü Pakistanın Taliban liderinin öldürüldüyünü təsdiqləyib.

Sözçü Maulvi Ömər istinaqa taliban lideri Baitullah Məhsudun bu ayın əvvəlində ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində öldüyünü bildirib.

Taliban buna qədər onun öldüyünü inkar edirdi.

Rəsmilər bildirib ki, Talibanın keçmiş sözçüsü Maulvi Ömər iki gün əvvəl Əfqanıstanla həmsərhəd bölgədə həbs olunub.