Maykl Cekson avqustun 29-da dəfn olunacaq

Amerikanın pop ulduzu Maykl Cekson bu ayın sonunda torpağa tapşırılacaq. Onun 51 yaşı tamam olan gün.

Müğənninin ailəsi bildirib ki, Cekson avqustun 29-da Los Angels ətrafındakı Qlendeyldə dəfn olunacaq. Dəfn mərasimində yalnız mərhumun yaxınları və dostları iştirak edəcək.

Maykl Cekson iyunun 25-də 50 yaşında ürək tutmasından vəfat edib.

Rəsmilər hazırda onun ölüm səbəblərini araşdırır. Ehtimal var ki, müğənnin ölümünə yuxu və sakitləşdirici dərmanlardan artıq miqdarda qəbul edilməsi səbəb ola bilərdi.