Bağdadda ölənlərin sayı 75-ə çatıb

Bu gün Bağdadın mərkəzində törədilmiş hücum və partlayışlar nəticəsində azı 75 nəfər ölüb,300-dən artıq adamsa yaralanıb.

Polisin məlumatına görə şəhərin mərkəzində, hökumət binalarının yerləşdiyi Yaşıl Zonada dalbadal partlayışlar tərədilib, ərazi minaatanlardan atəşə tutulub.

Partlayışlardan birində parlament binasının bir neçə pəncərəsi cilik-cilik olub.

Maliyyə Nazirliyinin yaxınlığnda minalanmış maşının partladılması nəticəsində isə ətrafdakı körpü dağılıb.

Amerika ordusu iyunun sonunda İraqın şəhərlərindən çıxarıldıqdan sonra hücumların sayı artıb.