Qadağanı pozan informasiya vasitələri bağlanacaq

BMT Əfqanıstan hökumətini seçki günü zorakılıq aktlarının işiqlandırılmasına qoyilmuş qadağanı götürməyə çağırıb.

Həmçinin bir sıra İnsan haqları fəalları və jurnalistlər Əfqanıstan hökumətinin bu addımını pisləyiblər.

Əfqanıstan hökuməti dünən yerli və beynəlxalq medianı seçki günü səhər saat 6-dan axşam saat 20-dək mümkün zorakılıq aktlarıyla bağlı məlumat verməməyə çağırıb.

Əfqanıstanın xarici işlər naziri Əhməd Zakir Fakiri isə deyib ki, bu qadağanı pozan yerli informasiya vasitələri bağlanacaq, xarici jurnalistlər isə ölkədən çıxarılacaq.