Abxaziyaya yanacaq aparan azərbaycanlılar tutulub

Gürcüstan məhkəməsi Türkiyə tankerinin kapitanını separatçı Abxaziyanın iqtisadi blokadasını pozmaqda ittiham edib. Kapitanı 24 il azadlıqdan məhrum etmə gözləyir, əgər separatçı regiona qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı sübuta yetirilərsə.

Türk və azərbaycanlılardan ibarət gəmi heyəti bazar ertəsi Qara Dəniz sularında tutulub. Tanker benzin və dizel yanacağı daşıyırdı.

Gürcüstan ötən ilin avqustunda Rusiya ilə müharibədən sonra Abxaziya və Cənubi Osetiyanı izolə etmək üçün səylərini artırıb.

Rusiya hər iki separatçı regionun müstəqilliyini tanıyıb.