Hava hücumundan sonra azı 9 nəfər ölüb

ABŞ qüvvələrinin Pakistanın şimal-qərbinə, Əfqanıstanla sərhəd əraziyə endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər ölüb.

Pilotsuz təyyarənin endirdiyi zərbənin hədəfi həmin ərazidə gizləndikləri güman edilən talibançılar olub.

Ayın əvvəlində buna oxşar zərbələr nəticəsində Talibanın Pakistandakı lideri Beytullah Məsud qətlə yetirilmişdi.