Əfqanıstanda avqustun 20-də keçirilmiş prezident seçkilərində qələbəyə iki əsas namizəd olan hazırkı prezident Həmid Kərzai də, keçmiş xarici işlər naziri Abdulla Abdulla qalib gəldiklərini bildiriblər. Bu isə Qərbin «demokratiyanın təntənəsi» kimi təqdim etdiyi seçkilərə kölgə salır.
Seçki məntəqələri bağlanan kimi Kərzai çıxış edib Talibanın hədə-qorxusuna baxmayaraq, seçkidə iştirak etdiyinə görə əfqan xalqına minnətdarlığını bildirib. Onun seçki kampaniyasının rəhbəri Diin Məhəmməd isə deyib ki, seçkilərin ilkin nəticələri Kərzainin kifayət qədər səs qazandığını göstərir və ikinci tura ehtiyac olmayacaq.
Kərzainin əsas rəqibi olan Abdulla Abdullanın düşərgəsindən isə bildiriblər ki, Addulla 62-63, Kərzai isə 31-32 faiz səs toplayıb. Abdullanın sözçüsü onu da qeyd edib ki, bu rəqəmlər Qəndahar, Qəzni və Vardak əyalətlərindəki nəticələri əhatə etmir. Etnik puştunların məskunlaşdığı bu əyalətlərdə Taliban güclü mövqeyə malikdir.
Səsvermə başa çatan kimi Abdulla ölkənin 34 əyalətindən ən azı üçündə genişmiqyaslı saxtakarlıqların baş verdiyini açıqlayıb. Keçirdiyi mətbuat konfransında o, bu cür saxtakarlıqların ölkə üzrə yekun nəticələrə təsir edəcəyini güman etmədiyini deyib:
«Təəssüf ki, 8 illik idarəçilik təcrübəsi olan hökumət ölkənin bəzi yerlərində seçki prosesinə belə fəal müdaxilə etdi. Lakin hər şeyə baxmayaraq mən əminəm ki, xalqın səsi seçkilərin nəticələrində öz əksini tapacaq».
Tərəflərin hərəsinin özünü qalib elan etdiyi bir vaxtda ölkənin Seçki Komissiyası qalibin kim olduğunu müəyyən etməyin hələ çox tez olduğunu bildirib. Onları səbirli olmağa çağırıb. Seçki Komissiyasından bildiriblər ki, ilkin nəticələrin sentyabrın 3-də, yekun nəticələrin isə sentyabrın 17-də elan olunacağı gözlənilir.
BMT-nin Təhlükəsizlik Şurası, ABŞ, NATO və Qərb dövlətləri seçkiləri əfqan xalqının böyük nailiyyəti hesab edərək, alqışlayıblar.