Saxta 9 milyon avro aşkar edilib

İspaniya polisi təxminən 9 milyon avro dəyərində saxta 500-lük avro əskinasları aşkar edib.

Bu, indiyəcən Avropada ələ keçirilən ən böyük saxta 500-lük avro partiyasıdır.

Polis deyib ki, saxta pulları Valensiya vilayətində “çox mürəkkəb bir laboratoriyada” aşkar ediblər.

14 nəfər həbs edilib.