Papa sağalıb

Roma papası 16-cı Benediktin sağ qolundan gipsi çıxarıblar. Tibbi müayinə göstərib ki, sümük artıq bitişib.

Papanın qolu iyulda Alp dağlarında məzuniyyətdən qayıdarkən yıxılanda qırılmışdı.

İndi o həm də boş vaxtlarının sevimli məşğuliyyəti olan piano çalmağa da qayıda bilər.