Rusiyada qəzadan ölənlərin sayı 69-a çatıb

Rusiyanın Sayano-Şuşensk su elektrik stansiyasında daha 2 nəfərin cəsədi tapılıb.

Beləliklə qəza nəticəsində ölənlərin sayı 69-a çatıb.

Qalan 6 nəfərin axtarışı davam edir.

Avqustun 17-də baş vermiş qəzanın səbəbi hələlik bəlli deyil.

Stansiyanın bərpası 4 ilə başa gələ bilər.

Rusiyanın baş naziri Vladimir Putin zərərçəkənlərin ailələrinə kompensasiya ödəniləcəyini vəd edib.