Terrorçunun niyə azad edilməsinin araşdırılması tələb edilir

ABŞ-ın bir neçə senatoru Şotlandiyanın Liviya terrorçusu Abdel Baset əl-Meqrahini azadlığa buraxması ilə bağlı araşdırma aparılmasını tələb edib.

Senator Co Libermanın sözlərinə görə, Liviya hakimiyyəti heç də əl-Meqrahinin azad edilməsinin Britaniyanın Liviyanın neft ehtiyatlarına olan marağı ilə bağlı olduğunu gizlətmir.

Abdel Basit ABŞ-ın PanAmerika aviaşirkətinə məxsus təyyarənin 1988-ci ildə Lokerbi üzərində partladılmasına görə ömürlük azadlıqdan məhrum edilmişdi.

Şotlandiya hakimiyyəti isə öz qərarını humanizm prinsipi ilə əlaqələndirir.