Peruda avtobus aşıb, 22 nəfər ölüb

Peruda sıldırımlı dağ yolunda hərəkət edən sərnişin avtobusu dərəyə yuvarlanıb.
22 nəfər ölüb, 31 nəfər yaralanıb. Qəzanın səbəbləri hələlik məlum deyil.

Peruda belə avtoqəzalar tez-tez baş verir. Qəzaların əsas səbəbi yolların pis vəziyyətdə olması, avtobus sürücülərinin çox işləməsi, nəqliyyat vasitələrinin nasazlığıdır.