Rusiya texnologiya sahəsində çox geri qalır

Sibirdəki su elektrik stansiyasının bəndindəki uçqun Rusiyanın texnologiya sahəsində nə qədər geri qaldığını göstərir. Rusiya prezidenti Dmitri Medvedev bu gün Sibirdə, Ulan Ude şəhərində olarkən belə deyib.

Ötən cümə günü Sayano-Şuşenskaya elektrik stansiyasının bəndinin uçması nəticəsində 75 nəfər həlak olmuşdu. Rusiaydakı radikal islamçı qruplardan biri baş verən uçquna görə məsuliyyəti üzrənə götürmüşdü, bəndi tank əleyhinə minayla partlatdıqlarını bildirmişdilər.