İsrail Qəzzaya zərbə endirib, 3 nəfər ölüb

İsrail tunel vasitəsilə Qəzza sektoruna zərbə endirib, nəticədə azı 3 nəfər ölüb.

İsrail tərəfi elan edib ki, Fələstin döyüşçüləri Qəzza sektorunu Misirlə birləşdirən tuneldən partlayıcı maddə və silahın Qəzzaya qeyri-qanuni daşınması üçün istifadə edirlər. İsrail həbrçiləri bildiriblər ki, hava hücumu bazar ertəsi Qəzza sektorundan İsrailin ərazisinə açılan atəşə cavabdır. Atəş açılan zaman İsrail tərəfindən bir hərbçi xəsarət almışdı.