Prokurorluq maksimum cəza istəyib

İranda nümayişlər zamanı həbs olunmuş müxalifətçilərin növbəti - dördüncü məhkəməsi başlayıb.

Onların əksəriyyəti kəşfiyyat nazirinin keçmiş müavini Səid Həcəryan da daxil olmaqla keçmiş prezident Məhəmməd Hatəminin dövründə rəhbər vəzifələrdə çalışmış məmurlardı.

İRNA agentliyinin məlumatına görə prokurorluq Həcəryana maksimum cəza istəyib.

O ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyətdə ittiham olunur.

İranda bu ittihama görə ölüm hökmü kəsilir.

Həcəryan məhkəmədə seçki vaxtı böyük səhvə yol verdiyini deyib.

İndiyədək məhkəməyə 140 müxalifətçi cəlb olunub.