Kosmosa peyk aparan raket orbitə çıxa bilməyib

Cənubi Koreyanın göndərdiyi kosmik raket 100 kiloqramlıq peyki orbitə çıxara bilməyib.

Hazırda bunun səbəbi araşdırılır.

Rusiyanın köməyilə qurulmuş raket dünən ölkənin cənubundan buraxılıb.

Cənubi Koreya bundan əvvəl xarici raketlərin köməyiylə kosmosa 10 peyk göndərib.