Edvard Kennedi vəfat edib

Edvard Kennedi uzun illər Demokrat partiyasının aparıcı siyasətçilərindən və nüfuzlu senatorlarından biri olub

1963-cü ildə qətlə yetirilən Birləşmiş Ştatlar prezidenti Con Kennedinin qardaşı senator Edvard Kennedi vəfat edib. 77 yaşlı senatorun ölümünə beyin xərçəngi səbəb olub.

Edvard Kennedi uzun illər Demokrat partiyasının aparıcı siyasətçilərindən və nüfuzlu senatorlarından biri olub.

Senator Edvard Kennedi 1932-ci il fevralın 22-də anadan olub. O, Amerikaya parlaq siyasətçilər və ictimai xadimlər bəxş edən Cozef və Rouz Kennedinin doqquz uşağından biri idi.

Edvardın qardaşlarının taleyi faciəli olub. Onların böyüyü Cozef İkinci dünya müharibəsində təyyarə qəzasında həlak olub. 35 yaşlı ABŞ prezidenti olan Con Kennediyə 1963-cü ildə sui-qəsd edilib, 1968-ci ildə isə senator Robert Kennedi öldürülüb.