İranın ali dini lideri, ayətullah Əli Xamneyi deyib ki, prezident seçkisindən sonra nəticəyə etiraz edən müxalifətin xarici ölkələrin agentləri olması barədə iddialara inanmır.
Bundan öncə İran rəsmiləri prezident seçkisindən sonrakı etiraz aksiyalarını qərbin, xüsusən də Amerika və Britaniyanın təşkil etdiyini iddia edirdilər.
Mahmud Əhmədinejatın qələbəsini dəstəkləyən Xamneyi həmçinin bildirib ki, aksiyalar mütəşəkkil xarakter daşıyırdı və əvvəlcədən planlaşdırılmışdı.
Qabaqcıl siyasətçilər və ictimai xadimlər də daxil 100-dən çox müxalifət fəalı kütləvi qeyri-sabitlik yaratmaq ittihamı ilə məhkəməyə verilib. Qərb ölkələri və hüquq müdafiəçiləri müxalifətin həbsini pisləyiblər, prosesi «səciyyəvi» adlandırıblar.