Moldovada müxalifətçini parlament sədri seçdilər

Moldovada qərbyönümlü müxalifətçi Mihai Gimpunu parlament sədri seçiblər. Bu gün parlament özünün ilk iclasını keçirib.

İyulun axırında keçirilən seçkilərdə dörd müxalifət partiyasından ibarət qərbyönümlü blok üstünlük qazanıb.

Səsvermədən qabaq kommunistlər parlamenti tərk ediblər.

Bu, parlamentin yeni prezident seçməsini çətinləşdirəcək, çünki müxalifətçilər çoxluqda olsalar da, prezident seçmək üçün vacib olan 61 səslik çoxluğa malik deyillər.