Ağstafada yerləşən «Keşikçidağ» Dövlət Qoruğundakı mağaralar təmizlənir.

Bu haqda qoruğun direktoru Musa Mursaquliyev məlumat verib. O, qoruqda ekskursiyaların təşkili və buranın elmi-tədqiqat müəssisəsinə çevrilməsi üçün tədbirlər görüldüyünü deyir.

Qoruğun yerləşdiyi dağ silsiləsində 70-dək irili-xırdalı mağaralar mövcuddur. Bu mağaralar 100 ildən artıqdır ki, təmizlənmirdi. Həmçinin, bu mağaralarda yağış, sel suları ilə qidalanan su quyuları da mövcuddur ki, onlar da yığıntılardan təmizlənərək aşkara çıxarılmaqdadır.