Sovet İtifaqı 60 il əvvəl ilk nüvə sınağı keçirib

Düz 60 il bundan əvvəl keçmiş Sovet İtifaqında atom bombasının ilk sınağı keçirilib.

Sınaq 1949-cu il avqustun 29-da Qazaxıstanın Semipalatinsk poliqonunda yerli vaxtla səhər saat 7-də keçirilib.

İlk nüvə silahını isə 1945-ci ildə Birləşmiş Ştatlar Hirosima və Naqasakini bombalayarkən nümayiş etdirmişdi.

Sovet İttifaqı ümumilikdə 40 il ərzində Semipalatinsk poliqonunda 450-dən artıq nüvə sınağı keçirib.

Nəticədə poliqonda çalışan milyondan çox adam xərçəng və müxtəlif xəstəliklərə tutulub, minlərlə yerli sakin qüsurlu doğulub.

Sovet hakimiyyəti bölgədə yaşayan insanları ordan köçürməyib.