H1N1 əvəlki viruslardan 4 dəfə sürətlə yayılır

Ümumdünya Səhiyyə Təşkilatı deyir ki, yeni qrip - H1N1 virusu əvvəlki viruslardan 4 dəfə sürətlə yayılır.

Təşkilatın məlumatına görə bu xəstəlikdən ölmüş 40 gəncin demək olar ki, səhətində heç bir problem olmayıb.

Bu ilin aprelindən bu yana dünyada bu virusdan 2 180 adam ölüb.

Umumdünya Səhiyyə Təşkilatı deyir ki, xəstəliyə qarşı vaksinin hazırlanması hələ bir neçə ay vaxt apara bilər.