Rusiyada qəzadan ölənlərin sayı 72-ə çatdı

Rusiyanın Sayano-Suşinsk su elektrik stansiyasında baş vermiş qəzadan ölənlərin sayı 72-ə çatıb.

Bu gün daha bir nəfərin cəsədi tapılıb.

3 nəfər hələ də itkin düşmüş hesab olunur.

Stansiyanın direktoru Nikolay Nevolko vəzifəsindən kənarlaşdırılıb.

Onun yerinə Valeri Kyari təyin olunub.