Beslan faciəsindən 5 il ötür

Sentyabrın 1-də Beslan şəhərində 5 il əvvəl terrorda ölənlərin yaxınları toplaşıb, qətlə yetirilənləri yad ediblər.

2004-cü ilin bu günündə Şimali Osetiyanın Beslan şəhərindəki 1 nömrəli məktəbə terror hücumu olub, 1000-dən artıq adam girov götürülüb.

Terror və girovların azad olunması əməliyyatında 334 insan ölüb, onların yarıdan çoxu uşaqlardır.

Anım mərasiminə gələnlər hələ də faciənin ədalətli həll edilməsini gözlədiklərini deyiblər.