«İran hədələrə boyun əyməyəcək»

İran nüvə proqramı ilə bağlı danışıqlar keçirmək üçün «hədə və təzyiq»lərə boyun əyməyəcək. İranın XİN-nin sözçüsü Həsən Qaşqavi belə deyib.

Sentyabrın 2-də dünyanın 6 güc dövləti Almaniyada toplaşaraq İranın mübahisəli nüvə proqramını müzakirə ediblər və Tehranı BMT Baş Assambleyasının bu ay keçiriləcək toplantısından əvvəl görüşməyə çağırıblar.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya rəsmilərinin görüşünə qədər isə İranın nüvə sözçüsü deyib ki, İran nüvə proqramı ilə bağlı danışıqları yeniləməyə hazırdır və yeni təkliflər hazırlayır.