Zəlzələdə ölənlərin sayı 46-a çatıb

İndoneziyada zəlzələ zamanı azı 46 nəfər ölüb. 400-dən artıq yaralı var. On minlərlə adam itkin düşdüyündən ölənlərin sayının artacağı ehtimal olunur.

Hökumət zəlzələnin minlərlə evə zərər yetirdiyini bildirib.

Sentyabrın 2-də baş verən zəlzələnin episentri Yava adasının qərbi olub. Rixter şkalası ilə 7 bal gücündə zəlzələ olub.

Minlərlə adam zəlzələnin təkrarlanmasından ehtiyatlanaraq, evlərini tərk ediblər.

Xilasetmə işləri davam etdirilir.