Bakı metrosunun 22-ci stansiyası dekabrda işə düşəcək

Bakı metrosunun «Azadlıq» adlanan 22-ci stansiyası bu ilin dekabrında işə düşəcək.

Bunu AzadlıqRadiosuna Bakı metropolitenin rəisi Tağı Əhmədov deyib. O, «İçərişəhər» stansiyasından əlavə bu il digər stansiyalarda təmir, bərpa və ya yenidənqurma işlərinin davam etməyəcəyini bildirib.

İlk stansiyası 1967-ci ildə istismara verilən Bakı metropoliteninin hazırda 21 stansiyası və 1 deposu var.