Bu ilin 3-cü rübündə ABŞ və Avropa Birliyi iqtisadi böhranın təsirlərindən qurtula biləcək, digər ölkələrdə isə bu bir qədər vaxt alacaq. Parisdəki İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının sentyabrın 3-də açıqladığı hesabatda belə deyilir. Hesabata görə ümumilikdə dünya ölkələri böhrandan əvvəlcədən proqnozlaşdırlandan da tez çıxmağa başlayacaq, işsizliyin artması üzündən yaranan social problemlərin həlli hələ zaman ala bilər.