Şimali Koreya son mərhələyə qədəm qoyur

Şimali Koreya uranın zənginləşdirilməsinin son mərhələsinə qədəm qoyduğunu bəyan edib. Pxenyan bunu may ayında keçirdiyi nüvə sınağına görə BMT-nin sanksiyaları sərtləşdirməsinə cavab kimi təqdim edib.

Şimali Koreya onu da bildirib ki, artıq əldə etdiyi plutoniumdan nüvə silahının istehsalı üçün istifadə etməyə başlayıb.