Əfqanıstanda partlayış olub, 90-a yaxın adam ölüb

Əfqanıstanın şimalında yanacaqla dolu iki tankerin partladılması nəticəsində onlarla insan həlak olub. Qunduz əyalətinin qubernatoru Məhəmməd Ömər deyib ki, partlayış nəticəsində 90-a yaxın adam ölüb.

Əfqan rəsmiləri bildiriblər ki, tankeri talibançılar ələ keçirilib. Yanacaq kənd sakinlərinə paylanılanda isə partlayış olub.